İnsanlara hürriyət, millətlərə istiqlal!

The Atlantic: Vaşinqton hesab edirdi ki, korrupsiya Zelenskini təslimə məcbur edəcək

1010 27.11.2025 21:15 Dünya A A

ABŞ vitse-prezidenti C.D.Vens və Ağ Ev rəsmiləri hesab ediblər ki, Ukraynadakı korrupsiya qalmaqalı ukraynalılara “sülh sazişinə” müqavimət göstərməyə imkan verməyəcək, ancaq yanılıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Atlantic portalı məlumat yayıb.

Qeyd edilir ki, ABŞ ordusunun naziri Driskoll dekabrda başqa missiya ilə Kiyevə səfər etməli imiş, lakin Ağ Ev ondan bunu daha tez etməyi xahiş edib. Onun vəzifəsi Ukraynanın sülh prosesi çərçivəsində güzəştlərə getməyə nə dərəcədə hazır olduğunu qiymətləndirmək olub.

Lakin The Atlantic-in yazdıqlarına əsasən Driskolu müşayiət edən rəsmilər elə düşünürdülər ki, prezident Zelenski təklifə rədd cavabı verəcək - amma o bunu etmədi.

“Biz elə bilirdik ki, qapını açmağa çalışmalı olacağıq, amma qapı açıq idi. Onlar danışıqlara hazır idilər”, - deyə sayt amerikalı rəsmisindən sitat gətirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR