İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə turbulensə düşüb, 1 sərnişin ölüb, 30-u yaralanıb

1319 21.05.2024 17:53 Dünya A A

Londondan Sinqapura uçan təyyarənin sərnişini şiddətli turbulentlik nəticəsində dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə Business Insider məlumat yayıb.

Hadisə mayın 20-də axşam Böyük Britaniyadan uçan Sinqapur Hava Yollarına məxsus SQ321 reysində baş verib.

"Biz Boeing 777-300ER-in göyərtəsində yaralananların və bir nəfərin öldüyünü təsdiqləyə bilərik", - Sinqapur Hava Yolları məlumat yayıb.

Ehtimal ki, sərnişin təhlükəsizlik kəmərini açıbmış.

Tailandın 3PlusNews nəşrinin məlumatına görə, həmin şəxsdən başqa 30 sərnişin də xəsarət alıb. Ümumilikdə təyyarədə 211 sərnişin və 18 ekipaj üzvü olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə Banqkok hava limanında uçuş-enmə zolağında təyyarənin yanında bir neçə təcili yardım maşınının dayandığı görünür.

Bu, aviaşirkətin 77 illik tarixində ölümlə nəticələnən ikinci bənzər hadisədir. Sinqapur Hava Yolları tez-tez dünyanın ən yaxşı aviaşirkətlərindən biri adlandırlır.

Sərnişinlər kabin tavanına dəydikdə ciddi turbulentlik tez-tez yaralanma ilə nəticələnə bilər, lakin ölüm halları çox nadirdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR