İnsanlara hürriyət, millətlərə istiqlal!

Texasda sərhəd xəttinin yarılması - mühacirlərin ABŞ-a girmək cəhdinin qarşısı alınıb

584 22.03.2024 14:10 Dünya A A

100-dən çox miqrantdan ibarət qrup ABŞ-a qeyri-qanuni yollarla daxil olmağa cəhd edib. Beş nəfərlik mühafizəçidən ibarət qrup müdafiə mövqeyinə keçərkən qanunsuz şəxslər hasardan keçiblər.

Musavat.com yerli KİV-in məlumatına istinadla xəbər verir ki, miqrantlardan bəziləri həbs edilib, bəziləri isə ABŞ ərazisinə, sənədlərin yoxlanılması mərkəzinə aparılıb.

Sərhəd hücumu Texas səlahiyyətlilərinə Meksika sərhədini qanunsuz keçməkdə şübhəli bilinən sənədsiz miqrantları həbs və deportasiya etməyə icazə verən qanunu bloklayan Apellyasiya Məhkəməsinin qərarından sonra baş verib. Məhkəmə daha əvvəl qərar vermişdi ki, ayrı-ayrı ştatlar deyil, yalnız federal hökumət ölkənin immiqrasiya qanunlarını tətbiq edə bilər. Bayden administrasiyası daha əvvəl Texasın keçən ilin sonunda qəbul etdiyi qanuna qarşı məhkəmə iddiası qaldıraraq mərkəzi hökumətin ABŞ sərhədinin təhlükəsizliyinə cavabdeh olduğunu iddia etmişdi. Lakin ABŞ Ali Məhkəməsi Texasın miqrant qanununu yenidən gündəmə gətirib və Co Bayden administrasiyasının sənədin bloklanması təklifini rədd edib.

Qanun sərhədi qeyri-qanuni keçməyi və ya qeyri-qanuni olaraq Texasa yenidən daxil olmağı dövlət cinayəti hesab edir və bunun cəzası 180 gündən 20 ilə qədərdir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR