İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilinin səhhəti barədə yeni xəbər

693 25.07.2024 16:37 Dünya A A

"Gürcüstanın hazırda həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvilinin səhhəti əhəmiyyətli dərəcədə yaxşılaşıb".

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin ədliyyə naziri Rati Breqadze açıqlayıb.

Onun sözlərinə görə, Saakaşvilinin səhhəti ilə bağlı vəziyyət daimi olaraq müşahidə edilir.

Breqadze, həmçinin qeyd edib ki, həkimlər tərəfindən müvafiq rəy olduqda, gürcü siyasətçi hazırda müalicə aldığı klinikadan penitensiar müəssisəyə köçürüləcək: "Çünki prinsip çox sadədir, məhkum cəzasını penitensiar müəssisədə çəkir".

Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-i gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. O, saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə "Vivamed" klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR