İnsanlara hürriyət, millətlərə istiqlal!

Tevanyandan Paşinyanla bağlı ÇAĞIRIŞ

1290 19.09.2023 22:08 Region A A

“Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan siyasi qüvvələri baş nazir Nikol Paşinyanın impiçment yolu ilə istefaya göndərilməsi proseduruna başlamağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Tevanyan Respublika meydanında keçirilən etiraz aksiyası zamanı mövcud vəziyyətdən çıxmaq üçün “yol xəritəsi” təqdim edərkən bildirib:

"Bizim hakimiyyət dəyişikliyini həyata keçirməyimiz üçün bütün siyasi qüvvələr səy göstərməlidir".

O, bütün qüvvələri birləşməyə, Nikol Paşinyanın istefaya göndərilməsi və yeni milli hökumətin formalaşdırılması üçün səy göstərməyə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR