İnsanlara hürriyət, millətlərə istiqlal!

Tevanyan: “Paşinyan və onun parlament çoxluğu qeyri-legitimdir”

342 21.07.2023 18:38 Region A A

“Nikol Paşinyanın, Ararat Mirzoyanın, hakim partiyanın deputatlarının səsləndirdiyi bəyanatlar və indiki hökumətin Qarabağ və Ermənistanla bağlı yürütdüyü siyasət qeyri-legitimdir. Onlar 2021-ci il parlament seçkiləri zamanı bunun üçün Ermənistan Respublikası vətəndaşlarının dəstəyini almadılar, ona görə də hazırkı parlament çoxluğu və hökumət qanunsuzdur”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentində eyni adlı fraksiyasının üzvü Andranik Tevanyan tərəfindən feysbuk səhifəsində yazılıb.

Onun sözlərinə görə, Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq mandatı yoxdur.

“Paşinyan Ermənistan Respublikasının vətəndaşlarını aldatdı, verdiyi vədlərdən əl çəkdi, Qarabağı təslim etdi, Ermənistanın varlığını şübhə altına aldı. 2018-ci ildə hakimiyyət dəyişikliyinin qanuni səbəbi vəddən imtina idisə, indi 2018-ci illə müqayisədə biz dövlətin mövcudluğu təhlükəsi ilə üz-üzəyik, çünki hazırda hakimiyyət dəyişikliyi üçün daha qanuni səbəb var. 2018-ci ildə dövlətə xəyanət mövzusu yox idi, indi isə var. Paşinyanın siyasətinin dövlət cinayəti və konstitusiyaya zidd olduğunu nəzərə alsaq, biz hakimiyyəti qəsb etmiş xunta ilə qarşı-qarşıya qalmışıq”, - deyə erməni deputat yazıb.

Tevanyan Qarabağ separatçılarının da “bostanına daş atmağı” unutmayıb:

“Qarabağdan (rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə özünü “hökumət” elan edən separatçı rejim nəzərdə tutulur - red.) Ermənistana və xarici dünyaya göndərilən siqnallar daha məqsədyönlü və siyasi olmalıdır. Bulanıqlıq və boş sözləri aydınlıq və praqmatizm, soyuq hesablama və konkret addımlar əvəz etməlidir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR