İnsanlara hürriyət, millətlərə istiqlal!

Tevanyan: Hakimiyyət kifayət qədər ciddi zərbə aldı

1107 18.09.2023 13:23 Region A A

Paşinyan iqtidarı İrəvan seçkilərində kifayət qədər ciddi zərbə aldı.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan “Facebook” səhifəsində İrəvan Ağsaqqallar Şurasına seçkilərin nəticələri barədə danışarkən bildirib.

“Nikol Paşinyan və ətrafı istədiklərinə nail ola bilmədilər və indi məlumatların dərci şübhəli şəkildə ləngiyir. Görünən odur ki, onlar öz təşkilatları (Mərkəzi Seçki Komissiyası nəzərdə tutulur - red.) vasitəsilə müəyyən rəqəmlər əldə etməyə çalışırlar”, - deyə Tevanyan bildirib.

Müxalif siyasətçi bir daha İrəvan meriyasına seçkilərin tam dəyişiklik üçün fürsət olduğunu vurğulayıb.

“Bu, hakimiyyətin tam dəyişməsi istiqamətində ilk addımdır. Bir şey göz qabağındadır: bu hakimiyyətin nə ictimai etimadı, nə legitimliyi var. Hesab edirik ki, bu prosesi ümumi mübarizəyə və hakimiyyət dəyişikliyinə çevirmək imkanı var. Hazır olun!”-deyə Tevanyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR