İnsanlara hürriyət, millətlərə istiqlal!

Tevanyan: Ermənistan hökuməti və Gürcüstan müxalifəti eyni mərkəzdən idarə olunur

635 28.05.2024 12:46 Gündəm A A

“Ermənistanda polis cəza dəstəsinə çevrilib. Parlament üzvlərinə və sadə vətəndaşlara qarşı hücumlar edilib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ana Ermənistan” hərəkatının lideri, revanşist siyasətçi Andranik Tevanyan feysbuk səhifəsində yazıb.

“Gürcüstanda polis başqalarının pulu ilə küçələrə çıxan nümayişçilərdən özünü müdafiə edəndə Qərb susur. Çünki Ermənistanda hakimiyyətdə xarici agentlər var və Qərbin onlara qarşı hərəkətə keçməsinə ehtiyac yoxdur. Ermənistan hökuməti və Gürcüstan müxalifəti eyni mərkəzdən idarə olunur. Onların hər ikisi başqalarının maraqları naminə öz dövlətlərinə qarşı qoyulub. Gürcüstanda polis bu ölkənin suverenliyini qoruyur və ölkənin yanlış əllərdə alver obyektinə çevrilməsinə imkan vermir. Ermənistanda polis ölkəmizin suverenliyini məhv edən, Qərbin Rusiya və İrana qarşı mübarizəsində Ermənistanı alver obyektinə çevirən Nikol Paşinyanın gücünü qoruyur”, - deyə Tevanyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR