İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tesla” Çində 1,6 milyon avtomobili geri çağıracaq

429 05.01.2024 19:33 Dünya A A

Avtomobil istehsalçısı olan “Tesla” şirkəti sürücüyə yardım sistemindəki problemlərə görə Çin bazarında 1,6 milyondan çox elektrikli avtomobili geri çağıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi məlumat yayıb.

Qurumun saytında dərc edilən bəyanatda qeyd edilir ki, söhbət idxal olunan “Model S”, “Model X” və “Model 3”, eləcə də Çində konveyerdən çıxan “Model 3” və “Model Y” elektromobillərindən gedir. Geri çağırılma 26 avqust 2014-cü ildən 20 dekabr 2023-cü ilə qədər istehsal edilmiş avtomobillərə aid olacaq.

Qeyd olunub ki, bu qüsur yolda toqquşmaya səbəb ola bilər və avtomobilin salonunda olan insanların təhlükəsizliyinə təhdiddir. Problemi həll etmək üçün Pekin və Şanxaydakı “Tesla” bölmələri avtomatlaşdırılmış yardım sisteminin yeni elementlərinin əlavə edilməsi ilə optimallaşdırılmış funksiyanı həyata keçirməyi planlaşdırır. Bunun mövcud riskləri aradan qaldıracağı gözlənilir.

Şirkət geri çağırılan avtomobillərin sahiblərinə xüsusi bildirişlər göndərəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR