İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən...

2613 23.03.2024 21:47 Gündəm A A

"Crocus City Hall"da terror aktını törədən şəxslər hadisədən dərhal sonra oradan uzaqlaşarkən idarə etdiyi avtomobillə uşaq vurublar.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə qəza nəticəsində yaralanan və hazırda reanimasiyada olan oğlan uşağının anası məlumat verib.

Qadın bildirib ki, terrorçular ağ rəngli "Renault" markalı avtomobildə olublar.

"Övladımızın vəziyyəti stabildir, hazırda reanimasiyada müalicə olunur. Uşaq kəllə-beyin travması alıb, körpücük sümüyü və bud sümüyü sınıb", - qadın bildirib.

Qadın əlavə edib ki, avtomobili idarə edən şəxs maşını qəsdən elə idarə edib ki, uşağa xəsarət yetirsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR