İnsanlara hürriyət, millətlərə istiqlal!

Terakt söhbəti söndü, yeni mövzu var: “Yanğın niyə sürətlə yayıldı?”

1021 01.04.2024 12:50 Dünya A A

Rusiya mediası “Crocus City Hall”da törədilən dəhşətli terror aktı ilə bağlı hər şeyi yazandan, çək-çevir edəndən sonra indi də diqqətini konsert zalının yanğından mühafizə sisteminin üzərinə yönəldib.

Musavat.com xəbər verir ki, “Komsomolskaya pravda” qəzeti ekspert Denis fon Mekkin araşdırmasını dərc edib. Ekspert deyib: “Yanğın zamanı mən binanın əsas girişi ilə üzbəüz dayanmışdım. İlk qurbanlarla söhbət edərkən, onların bir çoxunun yanan materialların tüstüsü ilə tənəffüs etdiklərini gördüm. Yanğın çox sürətlə yayılmış (terrorçuların əlində “molotov kokteyli” olub), demək olar ki, dərhal binanın damına qalxmışdı və strukturun çökməsi təhlükəsini yaratmışdı. Alov dilləri dəhşətli bir gurultu ilə bayıra püskürülürdü, sanki kimsə nəhəng odun sobasının odluğunu açmışdı”.

Denis fon Mekk davam edib: “Yanğınsöndürənlər hələ də binanı söndürməyə müvəffəq olmamışdılar və artıq hamımız baş verənlərlə bağlı real söz-söhbət dalğası və yalan xəbərlər qarşısında boğulmuşduq. Ən çılğın versiyalar, iddialar və ittihamlar sözün əsl mənasında hamıya - yanğınsöndürənlərə, xilasedicilərə, hüquq-mühafizə orqanlarına, konsert təşkilatçılarına, binada işləyən xidmətlərə və hətta ölənlərə də aid edilirdi”.

Qeyd edək ki, rus mediası son günlər terror aktının dəhşətli nəticələrinin günahının yükləmək üçün terrorçulardan başqa da ünvanlar axtarır və “tapır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR