İnsanlara hürriyət, millətlərə istiqlal!

Televiziyaların reytinqi necə ölçülür? - Ekspertdən ilginc açıqlama

683 03.05.2023 11:41 Son xəbər A A

Məlum olduğu kimi, ötən gün Milli Məclisin iclasında televiziyaların mövcud vəziyyəti tənqid olunub. Bəs televiziyaların reytinqini kimlər, necə ölçür? Təqdim olunan reytinq nə qədər realdır?

"Ölkədəki TV kanaların hansı vəziyyətdə olduğunu yalnız 950 ailə, daha doğrusu, bu seçilmiş ailələrdə olan 1430 nəfər müəyyən edir". Bu sözləri ekspert Osman Gündüz mövzunu şərh edərkən bildirib. Ekspert qeyd edib ki, reytinq ölçənlər bu prosesi panel adlandırır: "Panel ölkədə TV-lərin reytinqini ölçən, yeni yaradılan MARSA şirkəti tərəfindən müəyyən olunan metodika əsasında formalaşıb.

Cədvəldən görünür ki , TV kanalların reytinqini ölçənlərin ölkənin bütün regionlarıı üzrə təmsilçiliyi təmin edilib.

Bu ailələrə MARSA şirkəti TV-sayğac, yəni PM7 peoplemetri paylayıb.

Bu 1430 nəfər əllərində tutduqları,  televizorlara  inteqrasiya olunan cihazlar vasitəsilə hansı verilişlərə baxdıqlarını qeyd edirlər.

Ailələrin kim olması gizli saxlanılır.

Yalnız bu şəxslərin MARSA-ya  ötürdüyü məlumat əsasında toplanan dataya görə hansı TV kanalın, hansı verilişin ölkə üzrə hansı vəziyyətdə olması müəyyən edilir.

Bu data Londonda yerləşən "Kantar Media"nın data mərkəzində, onlara məxsus proqramlar vasitəsilə emal edilərək bu qurumun Azərbaycan üzrə partnyoruna -MARSA şirkətinə göndərilir".

Osman Gündüz qeyd edib ki, MARSA bu məlumatları  hər gün telekanallara da təqdim edir: "Yəni, real olaraq nə gündə olduqlarını, verilişlərin gündəlik reytinqi ən azı telekanalların rəhbərləri də bilirlər. Artıq MARSA-nın ilkin nəticələri, hesabatlar məlumdur.  Hansı TV kanalın, hansı verilişin  hansı reytinqə malik olması bilinir. Reytinqdəki bəzi məqamlar mənim üçün də gözlənilməzdir. MARSA şirkəti  hələlik ictimaiyyət üçün hesabatlarını açıqlamayıb. Hansı ki, beynəlxalq praktikada olduğu kimi bu məlumatların müəyyən hissəsi ictimai əhəmiyyət kəsb edir və açıqlanmalıdır. Həm də, nəzərə almaq lazımdır ki, MARSA -nın formalaşmasında dövlət resurslarından da istifadə edilib.

Ümid edək ki, MARSA yaxın zamanda maraqlı tərəflərlə birgə hesabatının ictimai müzakirəsini təşkil edəcək".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR