İnsanlara hürriyət, millətlərə istiqlal!

Telefonunu maşına çırpıb pul tələb edirdi, saxlanıldı - VİDEO

1376 24.06.2026 17:53 Hadisə A A

Sosial şəbəkələrdə Bakıda bir şəxsin əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq sonradan sürücüdən pul tələb etməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Keçirilən tədbirlərlə həmin şəxsin əvvəllər soyğunçuluq və oğurluq əməllərinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Elman Hüseynov olduğu müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun müxtəlif oxşar üsullarla vətəndaşları aldadaraq maddi vəsait əldə etməyə cəhd göstərdiyi məlum olub. Onun qanunsuz əməlləri ilə bağlı araşdırma aparılır, barəsində hüquqi məsuliyyət tədbirləri görülür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR