İnsanlara hürriyət, millətlərə istiqlal!

Telefon oğurlayan şəxs saxlanıb

541 20.09.2022 14:40 Hadisə A A

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefonu soyğunçuluq yolu ilə mənimsəyən şəxs müəyyən edilərək istintaqa cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluq yolu ilə başqasına məxsus mobil telefonu mənimsəyən rayon sakini İlqar Baxşalıyev saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib. Ələ keçirdyi mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR