İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbəni avtomobil vuraraq öldürüb

754 20.12.2023 22:29 Hadisə A A

Dekabrın 20-si saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində piyadalardan biri - 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Hüseynova Mingəçevir şəhər Turizm Kollecində təhsil alırmış.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR