İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan QİSAS vədi – Trampa sui-qəsd mümkünmü?

1748 06.07.2026 15:15 Dünya A A

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava və Kosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülmüş ölkənin ali rəhbəri Əli Xamenei üçün qisas vədi verib. General ABŞ və İsrailin İrandan gözlənilməz zərbələr alacağını iddia edib. “İzləyəcəyimiz yol Ali rəhbər Müctəba Xameneinin müəyyən etdiyi xətt olacaq. Düşmən tərəfindən şəhid edilən xalqımızın hər bir üzvü qisas dosyesi üçün ayrıca əsasdır”, - o bildirib.

SEPAH generalı Əli Xamenei ilə yanaşı, ABŞ və İsrailin hücumu zamanı öldürülən digər İran vətəndaşlarının da qanının yerdə qalmayacağını qeyd edib. Musəvi ABŞ və İsrailin aldığı “ağır və gözlənilməz zərbələr”in bununla bitməyəcəyini iddia edərək, mübarizənin keçmişdə olduğu kimi gələcəkdə də davam edəcəyini vurğulayıb. Xatırladaq ki, fevralın 28-də Tehrana hava hücumu zamanı öldürülən Əli Xamenei iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq.

İranın qisası necə təsəvvür olunur? Bu bəyanat Trampa sui-qəsd anonsudur, yoxsa daxili auditoriyaya hesablanıb?

Rəşad Bayramov: “Vasitəçilər dəyişə bilər, formatlar fərqlənə bilər, lakin  prosesin mərkəzində Bakı dayanır” - Azərbaycan Milli İstiqlal Partiyası

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a bildirdi ki, qisas İranın siyasi-strateji doktrinasının ayrılmaz elementidir və SEPAH-ın yüksək rütbəli komandanı Məcid Musəvinin səsləndirdiyi bəyanata da bunun tərkib hissəsi kimi baxa bilərik: “Rəsmi Tehran uzun illərdir ki, yüksək vəzifəli hərbçilərinin və ya dövlət üçün simvolik əhəmiyyət daşıyan şəxslərin öldürülməsinə cavab veriləcəyini bəyan edir. Bu da təbiidir. Çünki bu şəkildə ritorika həm ölkə daxilində hakimiyyətin qətiyyət nümayiş etdirməsinə, həm də rəqiblərə psixoloji təzyiq göstərməsinə xidmət edir. Bu baxımdan Musəvinin açıqlaması faktiki olaraq siyasi mesaj xarakteri daşıyır deyə bilərik.
Şübhəsiz ki, bu bəyanat Trampa sui-qəsd olunacağı anlamına gəlmir. Sadəcə, ABŞ rəhbərliyinin və eləcə də İsrailin siyasi-hərbi elitasını məsuliyyət daşıyan tərəf kimi göstərməyə xidmət edir. Çünki rəsmi Tehranın açıq şəkildə konkret şəxsə qarşı terror aktı həyata keçirməsi İran üçün son dərəcə ağır nəticələr doğura, Vaşinqtonun daha sərt hərbi və siyasi cavab verməsi üçün əsas yarada bilər. Bunu İran da, elə Musəvi də kifayət qədər yaxşı bilir. Odur ki, İranın “qisası” daha çox dolayı üsullarla baş verə bilər. Buraya regiondakı müttəfiq silahlı qrupların daha da fəallaşdırılması, ABŞ və ya İsrail maraqlarına qarşı kiberhücumlar, hərbi bazalara raket və pilotsuz uçuş aparatları ilə zərbələr, eləcə də iqtisadi və logistika infrastrukturuna təzyiq daxildir.

Ümumilikdə isə Musəvinin bəyanatının mühüm hissəsi daxili auditoriyaya hesablanmış mesaj kimi görünür. Ali rəhbərin və yüksək rütbəli hərbi şəxslərin oldürüldüyü şəraitdə hakimiyyət tərəfdarlarının gözləntilərini idarə etmək, dövlət institutlarının zəif görünməsinin qarşısını almaq və cəmiyyətdə həmrəylik yaratmaq Tehran üçün həyati əhəmiyyət daşıyır. Odur ki, qisas alınacağına dair bəyanat bu baxımdan həm siyasi legitimliyin qorunmasına, həm də SEPAH-ın nüfuzunun saxlanmasına xidmət edir.

Təbii ki, bu bəyanat həm də əvvəl qeyd etdiyim kimi xarici auditoriyaya da hesablanıb. İran göstərmək istəyir ki, ölkənin hərbi və siyasi rəhbərliyinə qarşı həyata keçirilən əməliyyatlar cavabsız qalmayacaq və istənilən zərbə gələcəkdə müəyyən formada qarşılıq tapacaq. Bu, çəkindirmə strategiyasının tərkib hissəsidir və potensial rəqiblərin gələcək əməliyyatlarını daha riskli hesablamalar aparmağa məcbur etməyə yönəlir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR