Tehranın İnqilab meydanı yenidən kütləvi izdihama səhnə olub.
Musavat.com xəbər verir ki, yayılan videogörüntülərdə minlərlə insanın meydana toplaşaraq şüarlar səsləndirdiyi əks olunur.
Kadrlarda iştirakçıların “İnqilab meydanı bizim səngərimizdir” şüarını səsləndirdiyi və bu çağırış ətrafında birləşdiyi görünür. Aksiya iştirakçıları bununla dövlətə dəstəklərini ifadə etdiklərini bildirirlər.
Yayılan görüntülərdən aydın olur ki, meydanda toplaşanların sayı kifayət qədər çoxdur və insanlar uzun müddət ərazini tərk etmədən birlik nümayiş etdirirlər.
Musavat.com






