İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Yaxın Şərqdə böyük eskalasiya başlayır - ABŞ İrana ŞOK yaşatdı

2164 09.11.2023 12:23 Dünya A A

ABŞ Suriyanın şərqində İranın dəstəklədiyi silahlı qruplaşmaların istifadə etdiyi obyektə hava zərbəsi endirib.

Musavat.com “The Guardian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqon açıqlayıb. 

“The Guardian” regional münaqişə qorxusunun artdığına diqqət çəkib.

Bu, ABŞ-ın son bir həftə ərzində bölgədə həyata keçirdiyi ikinci hava hücumudur.

Bundan başqa, ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə nümayəndəsi Dana Struhl Yaxın Şərqdə böyük eskalasiyanın başlayacağı barədə xəbərdarlıq edib. O, buna səbəb kimi, Rusiyanın zenit-raket sistemlərinin "Hizbullah"a tədarükünü göstərib.

Qeyd edək ki, ötən saatlarda Yəmən üsyançıları (husilər) ABŞ-a məxsus PUA-nı Yəmənin ərazi sularında vurduqlarını iddia edib, ABŞ da PUA-nın Yəmən sahillərində qəzaya uğradığını təsdiqləyib.

654c72a34e3fe01dac8355d2.jpg (30 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR