İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Separatçılar Qarabağda ilk məhvetmə əməliyyatına başladılar - Üzeyir Cəfərovla CANLI

14447 10.05.2023 11:15 Siyasət A A

Separatçı rejimin dağıdıcı siyasəti ilə Sərsəng su anbarı fonunda Qarabağda ekoloji fəlakət yaşanır.

Bunu erməni mediasının yaydığı məlumatlardan görmək olur.

Bildirilir ki, Qarabağda elektrik enerjisinin təmin edilməsi üçün Sərsəngdə tikilmiş SES-dən istifadə edilir, bu da anbarın boşalmasına səbəb olur.

“Əgər bu da tükənərsə, “artsaxlılar” (Qarabağdakı ermənilər nəzərdə tutulur -red.) yaşayış üçün lazım olan şəraitində məhrum olacaqlar”, – məlumatda deyib.

Mövcud vəziyyəti göz önündə tutsaq, belə nəticəyə gələ bilərik ki, separatçılar işğal dövründə Qarabağda həyata keçirdikləri məhvetmə əməliyyatının yeni mərhələsinə başlayıblar. Artıq ilk əməliyyat “uğurla” yekunlaşmaq üzrədir: Sərsəng məhv edilir.

Əgər Qarabağdakı ermənilər separatçıların əsirliyindən çıxıb, Azərbaycan yurisdiksiyasını qəbul etməsələr, Xankəndi daha ciddi məhvetmə əməliyyatlarına və ağır həyat şərtlərinə məhkum olacaqlar.

Bu və gündəmdəki bir çox xəbərlər bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə ediləcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR