İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Rus qoşunları İKİ ŞƏHƏRƏ GİRDİLƏR, Zelenski ATƏŞƏ tutuldu - CANLI

1355 05.02.2024 11:21 Dünya A A

Rusiya qoşunları Avdiv və Marin şəhərləri istiqamətində irəliləyir. Ruslar artıq Çasovoy Yar qəsəbəsinin 5-7 kilometrliyindədir.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb. Mövqe döyüşlərində irəli atılan Rusiya ordusu Baxmutdan cənub-qərbə doğru da irəliləyib. Son geolokasiya kadrları Rusiya qüvvələrinin Klişçivkadan (Baxmutdan 7 km cənub-qərb) şimala irəlilədiyini göstərir.

Ukrayna mənbələri də rus qoşunlarının Çasovoy Yara 5-7 km yaxınlaşdığını təsdiqləyib. Bundan əlavə, ruslar Avdiv şəhərinin şərqinə doğru irəliləyib. ISW onu da qeyd edir ki, Rusiya qüvvələri Marin şəhərinin şimal-qərbi istiqamətində bəzi əraziləri ələ keçirib. Söhbət şəhərin şimal-qərb hissəsindən gedir.

Rusiyanın Kareliya Respublikasında Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopteri qəzaya uğraması nəticəsində bütün heyət ölüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, helikopter buz bağlamış Oneqa gölünə düşərək batıb. Bildirilib ki, helikopter qəza zamanı gölə düşərək batdığı üçün mayakı işləməyib və bu da axtarış işlərini çətinləşdirib.
Faktla bağlı istintaq başladılıb. İstintaq qəzanın əsas versiyaları kimi ekipajın səhvi, hava şəraiti və avadanlıqların nasazlığını nəzərdən keçirir. Helikopterdə 3 heyət üzvünün olduğu bildirilir. Ötən gün Rusiya FHN təlim uçuşu həyata keçirən helikopterlə əlaqənin kəsildiyini açıqlamışdı.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR