İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Raketlər işə düşdü, gərginlik PİK HƏDDƏ çatdı: "Bu, hələ ilkin cavabdır..."

2974 06.01.2024 16:53 Dünya A A

Hizbullah Beyrutda HƏMAS-ın yüksək rütbəli nümayəndəsi Saleh əl-Arurinin öldürülməsinə “ilkin cavab” olaraq İsrail-Meron hava nəzarət bazasına 62 raket atıb.

Musavat.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) isə Livandan İsrailin şimalına təxminən 40 raket atıldığını təsdiqləyib.

İsrail ordusu şimalda siren səslərinin eşidildiyini və raketlərin Meron bölgəsinə doğru irəlilədiyini bildirib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hizbullah hücumdan sonra verdiyi açıqlamada bunun Saleh əl-Arurinin öldürülməsinə ilkin reaksiyanın bir hissəsi olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR