İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Putin, Əliyev və Paşinyan bir arada - nələr danışılır? CANLI

1080 26.12.2023 15:39 Siyasət A A

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

TASS məlumat yayıb. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib. Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar. Ermənistanın baş naziri isə dekabrın 25-dən oradadır. O, Avrasiya İqtisadi Birliyinin iclasında iştirak edib. MDB liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində isə üçtərəfli müzakirələr mümkündür. Sonuncu belə görüş mayın 25-də olub. İndisə bütün Qarabağda suverenliyi təmin etmişik və ilk dəfə liderlər bu reallıqda toplaşırlar. O baxımdan Putin-Əliyev-Paşinyan görüşündə yeni səhifə açıla bilər. Bişkekdə olarkən Kreml lideri tərəfləri sülh mətnini razılaşdırmaq üçün Moskvaya dəvət etmişdi. Lakin Paşinyan rus masasından yayınır. Hazırda isə yeni presedent yaranıb: Bakı və İrəvan ikitərəfli danışıqlar apara bilirlər. Bu da moderatora lüzum qalmadığını sübut edir. Bununla belə Rusiya vasitəçiliyi əldən vermək istəmir.

Bu arada, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə MDB sammitini müzakirə edir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR