İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Parlamentdə Nəcməddin Sadıkovun mühakimə olunması istənildi – Rauf Arifoğlu ilə “Canlı debat”

1103 23.12.2022 13:26 Gündəm A A

“Bizdə belə bir ifadə var ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması prosesi baş verir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, hüquq-mühafizə orqanları açıq-aşkar keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovu mühakimə etməlidirlər: “Biz nahaqdan günahsız ölən zabit və əsgərlərimizin haqqını geri qaytaraq. O baxımdan da bu proseslərə daha məsuliyyətli yanaşmalıyıq. Ordumuzun təmizlənməsi istiqamətində işlərə baxmalıyıq”.

Fazil Mustafanın sözlərinə görə, ötən gün Türkiyənin Prezident kitabxanasında keçirilən sərgidə xatırladılıb ki, Prezident İlham Əliyev Şuşanın azad olunması ilə bağlı təqdim olunan planı geri çevirib və başqa planla Şuşanı azad edib: “Bəlkə də aprel döyüşlərində də bəzi planlardan xəbəri olsaydı, o bunu geri çevirərdi, bu qədər əsgər və zabitimiz günahsız həyatını itirməzdi”.

Bu və digər xəbərləri bu gün saat 13.30-da “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə “Canlı debat”da müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR