İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Kreml Vaşinqton danışıqlarına belə REAKSİYA verdi VACIB

2574 02.05.2023 17:35 Son xəbər A A

“Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər istisna olmaqla, Qarabağdakı vəziyyətin həlli üçün başqa hüquqi əsaslar yoxdur”.

Musavat.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə addımların mümkün inkişafı, ilk növbədə, təbii ki, Rusiya ilə birlikdə imzalanmış həmin üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya töhfə verəcək başqa hüquqi əsaslar yoxdur”, - Peskov bildirib.

O qeyd edib ki, indiyədək üçtərəfli sənədlərin heç bir alternativi mövcud deyil.

“Təbii ki, bu əsasda nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlanır, lakin biz onu da bilirik ki, nizamlanmanın əsasını bulandıran müxtəlif cəhdlər var, bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci işdən gedir”, - Peskov əlavə edib.

Bununla da Kreml Vaşinqtonda imzalana biləcək hər hansı sənədi şübhə altına aldığını nümayiş etdirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR