İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Helikopter qəzaya uğradı - 10 nəfər...

1375 01.05.2026 18:29 Dünya A A

Rusiyanın Komi Respublikasının Usinsk şəhərində növbəli işləyən işçiləri daşıyan Mi-8T markalı özəl sərnişin helikopteri sərt eniş edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Məlumata görə, helikopter havaya qalxan zaman yan tərəfi üstə aşıb.

Göyərtədə ümumilikdə 24 nəfər olub. Hava nəqliyyatı işçiləri Nenets Muxtar Dairəsinə çatdırmalı imiş.

Hazırda hadisə yerində Usinsk yanğın-xilasetmə qarnizonunun bölmələri işləyir. İnsidentin başvermə səbəbləri araşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR