İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ermənilər QORXU içində, Ağdam-Xankəndi yolu...

2591 04.08.2023 14:19 Son xəbər A A

“Azərbaycan Ağdam hissəsində yolun abadlaşdırılması və təchiz edilməsi istiqamətində fəal işləyir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə təşvişlə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, bu işlərə iyul ayında, Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasındakı danışıqlardan sonra başlanması diqqət çəkir.

“Çox seçim yoxdur. Azərbaycan Ağdam-Xankəndi marşrutunun istismarına ya Ermənistan hakimiyyətinin dəstəyi və ya susması, ya da Ermənistanın özünü Qarabağla bağlı məsələlərdən kənarda qoyması nəticəsində aktivləşdirilməsinə razılıq verib. Ola bilsin ki, Xankəndidə bəzi adamların Ağdam-Xankəndi marşrutunun istismarı ilə bağlı ictimai bəyanatları da Azərbaycan üçün siqnal olub, lakin mənim anladığım qədər, Qarabağ erməniləri arasında çoxları bunu azərbaycanlaşma kimi qəbul edir və bu proses böyük etirazla üzləşir. Bütün hallarda Azərbaycan hansısa prosesə başlayır, bu da təbii ki, erməni maraqlarından irəli gəlmir”, - deyə Tiqran Abramyan öz feysbuk səhifəsində qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR