İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! DTX daha bir Xocalı qatilini saxladı - sensasion ƏMƏLİYYAT "Canlı"da

1456 02.11.2023 13:30 Son xəbər A A

“Respublikamızın ərazisindən keçən nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi bölmə yaradılıb”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bölmə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində təşkil edilib:

“Bu yaxınlarda biz regionda nəqliyyat kommunikasiyalarının fəaliyyəti ilə bağlı “Sülhün kəsişməsi” layihəsini təqdim etmişdik.

Sözügedən bölmə bu layihə çərçivəsində yaradılıb. Bölmənin səlahiyyətlərinə avtomobillərin, dəmiryollarının, elektrik xətlərinin, qaz kəmərlərinin və digər kommunikasiyaların, o cümlədən regional nəqliyyat, insanların və yüklərin mühafizəsi daxildir. Tbilisidə keçirilən “İpək Yolu” Beynəlxalq Forumunda da bu barədə danışmışam”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının aparıcılığı ilə “Canlı debat” verilişində politoloq Anar Əliyevlə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR