İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Bu ərazilər NƏZARƏTİMİZƏ KEÇDİ, Qazaxın bu kəndi ikiyə bölündü - Detallar CANLIda

1334 06.05.2024 11:34 Siyasət A A

Tavuş istiqamətində 8 mövqe təhvil verilib, növbəti mərhələdə Göyçənin 12 kəndi və Qafanın 5 kəndinin sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində addımlar atılacaq. Qardaşım oğlunun xidmət etdiyi Noyemberyan (İncəsu) mövqeyində artıq Azərbaycan bayrağı dalğalanır.

Bu barədə erməni polkovnik Volodya Ovannisyan deyib.

Onun sözlərinə görə, ermənilər geri çəkilib:“Söhbət 7-9 kilometrlik hissədən gedir, kilsənin sağında və solunda minalar təmizlənir ki, azərbaycanlılar maneəsiz irəliləsin. Azərbaycan bir güllə belə atmadan Ermənistanın ən güclü müdafiə xətlərindən birini qırdı”.

Ovannisyan qeyd edib ki, erməni qoşunlar Göyçədə mövqelərdən də geri çəklilib.

“Hazırda 2020-ci ildən sonra qurulan minalar sürətlə təmizlənir, elə edirlər ki, səs-küy olmasın. Bir də görəcəyik ki, orada Azərbaycan kəndləri salınır. Azərbaycanlılar təkcə Göyçəyə yox, Zəngibasara (Masis) də gələcəklər”, - o iddia edib.

Qeyd edək ki, ötən gün hərbi ekspert Ədalət Verdiyev Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəkliyin qəhrəman Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlamışdı.

Bu gün səhər saatlarından Ermənistan Milli Təhlükəsizlik Xidməti və polis əməkdaşları Qazaxla sərhəddə yerləşən Tavuş rayonunun Kirants kəndinə gəlib.

Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, kənddə demarkasiya çərçivəsində artıq ölçmə işlərinə başlayıblar. Sakinlərə əraziyə yaxınlaşmaq qadağan edilib. Kirants icmasının rəhbəri Kamo Şahinyan bildirib ki, neytral zonada işləri hələ də davam etdirirlər və ona yaşayış sahələrini daha sonra ölçəcəklərini bildirdilər. "Mübahisəli ərazilər var", - Şahinyan bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR