İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Balasanyan HƏKİM NƏZARƏTinə götürüldü, 3 separatçı “lider” haqda QƏRAR VERİLDİ – detallar CANLIda

2924 05.10.2023 13:30 Son xəbər A A

Qarabağ separatçılarının rəhbər şəxslərindən Vitali Balasanyan “Laçın” postunda çəkildiyi iddia edilən və Azərbaycan dilində danışdığı görüntülərə münasibət bildirib. O, erməni jurnalistlə telefon danışığında görüntülərin köhnə olduğunu deyib.

Jurnalist qeyd edib ki, Balasanyan həbs edilmədiyini söyləyib, lakin videonun harada və hansı şəraitdə çəkildiyini, Azərbaycan dilində kimlərlə danışdığını açıqlamayıb. Qeyd edək ki, Vitali Balasanyanın Qarabağı tərk etdiyi, İrəvanda olduğu iddia edilir. Onun səhhətindəki ciddi problemlərə görə həkim nəzarətinə götürüldüyü deyilir.

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barəsində həbs qətimkan tədbiri seçilib. Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin verdiyi təqdimatlara baxılıb.

Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə Arkadi Qukasyan barəsində təqdimat təmin olunub və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bako Saakyan və David İşxanyan barəsində isə təqdimatlara məhkəmənin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılıb. Həmin şəxslər barəsində də təqdimatlar təmin edilib və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hər 3 şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham verilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra aparatının rəhbəri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR