İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbiətə 11 min manatlıq ziyan vuranlar cəzalandırıldı

256 02.08.2022 13:43 Hadisə A A

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonunda və Bakı şəhərinin Binəqədi rayonunda ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 10950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Musavat.com-a verilən məlumata görə, faktlarla bağlı Lənkəran rayon sakini Nazim Mirzəyev və Binəqədi rayon sakini Eldar Cəbrayılov barəsində akt tərtib olunub.

Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün hər iki fakt üzrə toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR