İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan əsas barıt elementinin Rusiya və Belarusa ixracını qadağan etdi

419 07.06.2024 11:53 İqtisadiyyat A A

Tayvan iqtisadi idarəsi nitroselülozun Rusiya və Belarusa ixracına qadağa qoyub. Adanın Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, tədbir iyunun 14-dən qüvvəyə minəcək.

Musavat.com xəbər verir ki, əvvəllər tüstüsüz barıt istehsalı üçün əvəzsiz element olan bu məhsulların ixracına qoyulan qadağa yalnız tərkibində azotun yüksək olduğu (12,2 faizdən çox) nitroselülozaya şamil edilirdi.

Tərkibində azotun miqdarı 12,2 faizdən az olan nitroselülozun Tayvanda yeganə istehsalçısı T.N.C.Industrial şirkətidir. Bu məhsulların əsas idxalçıları ABŞ, Yaponiya və Vyetnamdır.

2022-ci ilin yazında Tayvan hakimiyyəti Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulub və Rusiyaya 231 əmtəə məhsulunun ixracına məhdudiyyətlər tətbiq edib. Rusiya hökuməti Tayvanı dost olmayan dövlətlər və ərazilər siyahısına daxil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR