İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayland eynicinsli nikahlarla ənənəvi nikahları bərabərləşdirir

462 18.06.2024 18:55 Dünya A A

Tailand Senatı Mülki Məcəlləyə ənənəvi və eynicinsli nikahların hüquqlarını bərabərləşdirən düzəlişləri təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Taylandın “The Reporters” şəbəkə telekanalı qanunun son variantı üzrə səsverməni canlı yayımlayıb.

Səsvermə üç saat yarım davam edən debatdan sonra baş tutub. “Son oxunuşda Mülki Məcəlləyə dəyişikliklərin təsdiqinin lehinə 130 senator, əleyhinə 4 senator səs verib, 18 senator bitərəf qalıb”, - iclasa sədrlik edən Senatın birinci vitse-prezidenti, general Sinqsık Sinqpray bildirib.

O əlavə edib ki, düzəlişlər daha sonra yeni fərmanların, qanunların və qaydaların dərci üçün xüsusi nəşr olan hökumət qəzetində dərc olunmaqdan ötrü Tayland Nazirlər Kabinetinə göndəriləcək.

Dəyişikliklər hökumət qəzetində dərc edildikdən 120 gün sonra qüvvəyə minəcək.

Tayland mülki qanunvericiliyinin çərşənbə axşamı qəbul edilmiş yeni maddələri ənənəvi və eynicinsli nikahların hüquqlarını, o cümlədən qeydiyyatdan keçmək, birgə əldə edilmiş əmlaka sərəncam vermək, əmlakı vərəsəlik etmək, fəaliyyət qabiliyyəti olmayan həyat yoldaşı üzərində qəyyumluq hüquqlarını əldə etmək və s. hüquqlarını bərabərləşdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR