İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarıstan prezidentinə bundan sonra “Rəis” deyiləcək  

1038 23.12.2022 15:10 Region A A

Tatarıstanda “prezident” vəzifəsinin adı dəyişdirilərək "Glava (Rəhbər) - Rəis" olacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu gün Tatarıstan Dövlət Şurası - respublika Konstitusiyasına düzəlişlər layihəsini qəbul edib.

Qeyd edək ki, Kreml “prezident” postunun adının sadəcə “rəhbər”ə (rusca “glava”) dəyişdirilməsində israr edirdi. Lakin yerli parlament cəsarətlə həmin layihəni rədd edib, Tatarıstana məxsus ad seçib.

Federal subyektlərin başçıları üçün “prezident” adının dəyişdirilməsi federal qanunvericiliklə tələb olunur. Bu, artıq Rusiyanın bütün digər regionlarında baş verib. Tatarıstanda isə bu məsələ ciddi müqavimətlə qarşılanırdı.

Bununla bərabər Tatarıstanın hazırkı prezidenti Rüstəm Minnixanov 2025-ci ildə səlahiyyət müddətinin sonuna qədər “prezident” olaraq qalmaqda davam edəcək. Respublikanın növbəti rəhbəri “Tatarıstan Respublikasının Başçısı – Rəis” adlanacaq. Hətta gələcəkdə sadəcə “Tatarıstan Respublikasının Rəisi” adından istifadə olunması nəzərdə tutulur.

“Rəis” sözü bir sıra müsəlman ölkələrində elə dövlət başçılarına aid bir ünvan sayılır.  Ərəb dilində bu söz “prezident” və ya “sədr” kimi tərcümə olunur. Beləliklə, “Tatarıstan Respublikasının Rəisi” elə əslində “prezident” deməkdir.

Minnixanov özü düzəlişləri dəstəkləyib. “Düşünürəm ki, bəlkə də səsləndirilən ideal dizayn deyil, amma bu, bizə irəli getməyə imkan verir”, - deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR