İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taşacak bu deniz”in ulduzu onunla qohum imiş

351 08.06.2026 13:03 Şou-biznes A A

Türkiyənin məşhur serialı “Taşacak bu deniz” ilə tanınan aktyor Aytek Şayan doğulduğu Düzce şəhərində qatıldığı toy mərasimində nümayiş etdirdiyi Qafqaz rəqsi ilə sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib.

Musavat.com xəbər verir ki, aktyorun paylaşdığı görüntülər qısa müddətdə böyük maraq doğurub.

İzləyicilər onun enerjili çıxışını yüksək qiymətləndirərək aktrisa Elçin Sangu ilə eyni layihədə tərəf-müqabil kimi görmək istədiklərini bildiriblər.

Sosial şəbəkə istifadəçilərinin çoxsaylı mesajlarından sonra Sangu məsələyə münasibət bildirib. Aktrisa zarafatla yazıb:

“Aytek mənim doğma əmioğlumdur, ahahah! Heç bir sevgi hekayəsi yoxdur”.

Elçin Sangunun bu açıqlaması izləyicilər arasında maraqla qarşılanıb və onların qohum olduqları ilk dəfə geniş auditoriyanın diqqətini çəkib.

Qeyd edək ki, Aytek Şayan son dövrlər “Taşacak bu deniz” serialındakı “Şerif Furtuna” obrazı ilə populyarlıq qazanıb. 

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR