İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tarixi hadisə" başladı - Bu gün və sabah... - FOTO/YENİLƏNİB

4495 11.01.2024 14:40 Dünya A A

Cənubi Afrikanın ədliyyə naziri Ronald Lamola Haaqa Beynəlxalq Ədalət Məhkəməsinin iclasında çıxış edib.

Musavat.com-un xəbərinə görə, o, fələstinlilərin 76 ildir hər gün sistematik zülm və zorakılığa məruz qaldığını bildirib.

“İsrail ən azı 2004-cü ildən Qəzza zolağında hava məkanı, ərazi suları, quru keçidləri, su, elektrik enerjisi və mülki infrastruktura, eləcə də əsas hökumət funksiyalarına nəzarəti həyata keçirməyə davam edir. İsrailin 7 oktyabr hücumuna cavabı bu xətti keçdi və konvensiyanın pozulmasına gətirib çıxardı", - Lamola deyib.

***

Cənubi Afrika Respublikasının İsrailə qarşı irəli sürdüyü "Qəzzada Fələstin xalqına qarşı soyqırım törədilməsi" iddiasına bu gün Haaqa Beynəlxalq Ədalət Məhkəməsi baxılacaq.

Musavat.com xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində yerləşən Sülh Sarayında (Vredespaleis) başlayacaq məhkəmənin ilk günündə Cənubi Afrika Respublikası soyqırım ittihamı ilə bağlı arqumentləri şifahi şəkildə ifadə ediləcək.

Cənubi Afrika Respublikası ilk növbədə İsrailin Qəzzada bütün hərbi əməliyyatlarını dərhal dayandırmaq üçün müvəqqəti göstəriş tələb edir. Ali Məhkəmə bu müraciətə prioritet kimi baxacaq.

İsrailin tələbi ilə bu gün və sabah keçiriləcək şifahi iclasların müddəti bir saat uzadılıb. Dinləmələr iki gün ərzində yerli vaxtla saat 10:00-13:00 (Bakı vaxtı ilə 13:00-16:00) arasında keçiriləcək və Beynəlxalq Ədalət Məhkəməsinin internet saytında canlı yayımlanacaq.

Xarici mətbuat sözügedən məhkəmə prosesini "tarixi hadisə" kimi xarakterizə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR