İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış hərbi ekspert: "İrəvan Xalq Cümhuriyyəti qurulmalıdır"

519 31.03.2022 13:42 Siyasət A A

"1828-ci ildə əzəli torpağımız İravana süni şəkildə gətirilən ermənilər havadarlarının dəstəyi ilə 1918-ci ildə dövlət qurmağa nail oldular. Davamında, Andranikin rəhbərliyində minlərlə insanımız qətl edildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhədlərimiz içərisində olan qərbi Zəngəzurda yüzlərlə kəndi yandırıb vətəndaşlarımızı diri diri çuxurlara basdırdılar".

Musavat.com xəbər verir ki, bu sözləri tanınmış hərbi ekspert, "M5 Müdafiə və Strategiya jurnalı"nın regional təmsilçisi Alp Arslan İmamqulu deyib.

Ekspert xatırladıb ki, 1920-ci ildə sovet işğalına məruz qalmış Azərbaycandan Zəngəzuru qanunsuz olaraq qoparıb Ermənistana birləşdirdilər:

"Davamında yurdumuza köçürülən bu murdar tayfa hər keçən gün daha yeni ərazilər işğal etmək üçün dayanmadan təxribatlara əl atdı. 2020-ci ildə onlardan ərazilərimizi azad etməyə nail olsaqda yuxarıda bəhs etdiyim atalarımızın qanı ilə yoğrulmuş mirasımız hələ də düşmən tapdağı altındadır. Bu səbəblə, tez bir zamanda adekvat cavab olaraq tarixi haqqsızlığa son qoyulmalı və İravan Xalq Cümhuriyyətinin qurulması istiqamətində qətiyyətli addımlar atılmalıdır. Ermənistanda yeni bir dövlətin qurulması həm didərgin olmuş milyonlarla soydaşımızın öz yurdlarına qaytarılmasına, bununla yanaşı o ərazilərdə yaşayan ermənilərin terrorist siyasi iradədən qurtuluşuna və regionda sülhün təminatına vəsilə olacaqdır.

Bugünkü 31 mart soyqırım münasibəti ilə cəmi şəhidlərimizi hörmətlə anır və bir kərə yüksələn bayraq bir daha enməz nidaları ilə onların qisasının alınacağına sidq ürəkdən inanırıq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR