İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu ölkəyə ordu YERİDƏCƏK – müharibə ŞİDDƏTLƏNDİ, Ukraynanın PUA-ları vuruldu – Natiq Cəfərli CANLIda

1050 23.07.2024 11:35 Son xəbər A A

Rusiya Federasiyası “Gürcü arzusu” partiyasına hakimiyyəti saxlamağa kömək etmək üçün Gürcüstana öz qoşunlarını göndərməyə hazırdır. Tiflis belə bir xahişlə müraciət edərsə, Moskva bu addımı ata bilər.

Bunu Federasiya Şurasının sədr müavini Andrey Klimov deyib. Klimovdan Rusiya Federasiyasının Gürcüstanın dövlət işlərinə qarışmağa hazır olub-olmaması ilə bağlı sual verilib. Suala cavab verərkən o, Bəşər Əsədlə - Suriya ilə paralel aparıb və bildirib ki, kim Rusiyaya üz tutursa, hərbi yardım alır.

“Hər hansı bir dövlət çevrilişi xarici qüvvələrin başqa dövlətin daxili işlərinə müdaxiləsidir ki, bu, BMT Nizamnaməsini pozmaq deməkdir. Məsələn, Suriyada dövləti devirmək cəhdi olub. Əsədin qanuni hökuməti hərbi yardım üçün bizə müraciət edəndə biz onlara bu yardımı göstərdik və bildiyiniz kimi, Suriyada artıq vəziyyət stabilləşib”, - deyə Andrey Klimov arsız şəkildə bildirib.

Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə Real Partiyasının icra katibi Natiq Cəfərli olacaq. Tamaşaçılarımız da sualları ilə efirə dəstək verə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR