İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış alim VƏFAT ETDİ - FOTO

1307 07.05.2024 10:22 Hadisə A A

Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Fazil Əhmədov vəfat edib.

Məlumata görə, o, ötən gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əhmədov Fazil Zaməddin oğlu 1950-ci ildə Qəbələ rayonunun Həmzəli kəndində anadan olub. O, 1968-1972-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunda təhsil alıb. Daha sonra Qəbələdə məktəb müəllimi işləyib. 1979-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1994-cü ildə ADU-nun Ümumi və Azərbaycan dilçiliyi kafedrasında, daha sonra Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib. 2005-ci ildə Azərbaycan dilçiliyi kafedrası üzrə dosent elmi dərəcəsi adını alıb.
 
34 məqalə, 1 dərslik, 3 proqram, 1 lüğət, 2 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir.

1991-ci ildə çap olunmuş bircildlik "Azərbaycan ədəbi dili tarixi” kitabının, 1994-cü ildə hazırlanmış üçcildlik "Azərbaycan dilinin tarixi lüğətinin”, 2000-ci ildə çapdan çıxmış MTK-nın 6-cı sinfi üçün "Ədəbiyyat” dərsliyinin həmmüəlliflərindən biri və redaktoru olub.

2005-ci ildə "XVIII Azərbaycan ədəbi dilinin inkişafında M.V.Vidadinin rolu”, 2018-ci ildə "Köməkçi nitq hissələrinin semantik xüsusiyyətlərinin tədrisi məsələləri” adlı dərs vəsaiti çap olunub.//İqtisadiyyat.az
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR