İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taliban” BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcək

373 16.06.2024 14:43 Dünya A A

“Taliban” hərəkatının nümayəndələri iyunun 30-dan iyulun 1-dək Dohada keçiriləcək BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcəklər.

“Report” xəbər verir ki, bu barədə “TOLO News” telekanalına hərəkatın nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, “Taliban” iclasın gündəliyini nəzərdən keçirdikdən sonra konfransda iştirak etmək qərarına gəlib.

Qeyd edək ki, fevral ayında BMT-nin himayəsi altında Dohada keçirilən sonuncu konfransda 25 ölkənin nümayəndələri Əfqanıstanla qarşılıqlı fəaliyyət üçün yol xəritəsini müzakirə ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR