İnsanlara hürriyət, millətlərə istiqlal!

Taleh Kazımov maliyyə sektorunun vəziyyətindən DANIŞDI: “Məni qane etmir”

1224 03.05.2023 16:13 İqtisadiyyat A A

Bəzi bankların maliyyə göstəriciləri ilə bağlı çağırışlar var.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, bunlar əsas sistem əhəmiyyətli olmayan kiçik banklardır.

“Soruşsanız maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edir? Deyərdim ki, etmir. İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar” - AMB sədri qeyd edib.

Taleh Kazımov ümumilikdə isə bankların kredit portfelinin keyfiyyətinin qənaətbəxş olduğunu, qeyri işlək kreditlərin portfeldə xüsusi çəkisinin cəmi 3,7% etdiyini əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR