İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşada keçirdiyimiz bu tədbirlə həm də yaratdığımız yeni reallıqların dünyada qəbul edildiyini və bunun dəyişməz olacağını nümayiş etdiririk” - deputat

380 22.04.2022 10:50 Gündəm A A

“Artıq bundan sonra 22 aprel sadə təqvim günü deyil, Dünya Azərbaycanlıları üçün mühüm əlamətdar bir gündür, tariximizə xüsusi hərflərlə yazılan bir gündür. Ona görə ki, illərlə arzu etdiyimiz, həsrəti ilə yaşadığımız , “Dünya Azərbaycanlılarının növbəti qurultayını Şuşada keçirəcəyik”, arzusunun, nidasının gerçəkləşdiyi gündür”.

Deputat Hikmət Babaoğlu bu fikirləri Musavat.com-a, Şuşada keçirilən Dünya Azərbaycanlılarının 5-ci Qurultayı barədə açıqlamasında söylədi. O, qeyd etdi ki, bu gün dünyanın 65 ölkəsindən Zəfər Qurultayına qatılan hər bir Azərbaycanlı üçün, xalqımız üçün milli qürur və fəxarət günüdür : “Bu ifadələr bəlkə bir az emosional oldu. Ancaq məncə, bu, mühüm hadisə haqqında emosiyasız danşmaq mümkün deyil. Dünya Azərbaycanlılarının 5-ci qurultayında Azərbaycan Prezidenti çıxış edəcək. Dünyaya, tarixə və millətimizə mühüm məsajlar verəcək. Müzəffər Azərbaycan əsgərinin şücaətindən, qəhrəmanlığından danışacaq. Şuşanı necə azad etdiyimiz dastanından bəhs edəcək. Bütün bunlar heç şübhəszi ki, milli qürurumuz, qalib xaql olmamız, gələcək nəsilləri vətənpərvərlik rununda tərbiyə etməmiz, əcdadımız və tarix qarşısında milli məsuliyyətimiz baxımından olduqca əhəmiyyətli , gələcəyimiz baxımından isə konseptual xarakterli milli strateji çağırış olacaq”.

H.Babaoğlu qeyd etdi ki, Şuşa bu gün Azərbaycanın, gələn il Türk dünyasının mdəniyyət paytaxtı adlandırılacaq: “Ancaq Dünya Azərbaycanlılarının Zəfər Qurultayından sonra Şuşa həm də xalqımzın siyasi-ideoloji və dövlətçilik paytaxtı statusunu qazanacaq . Şübhəsiz ki , Şuşada baş tutan bu möhtəşəm tədbir həm də müstəqli Azərbaycan dövlətinin, onun hərbi-siyasi və diplomatik güçünün göstəricisidir. Çünki əldə etdiyimiz tarixi zəfər nə qədər əhəmiyyətli idisə onun qalıcı olması, dünya tərəfindən qəvul edilməsi də bir o qədər əhəmiyyətli idi. Hazırda biz Şuşada keçirdiyimiz bu tədbirlə həm də yaratdığımız yeni reallıqların dünyada qəbul edildiyini və bunun dəyişməz olacağını nümayiş etdiririk. Bu isə dünya erməniçiliyində və Ermənistanda faciə kimi qəbul edilir”.

Elşad,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR