İnsanlara hürriyət, millətlərə istiqlal!

"Survivor All Star 2024"də ŞOK - Dominikan polisi ƏMƏLİYYAT KEÇİRDİ - VİDEO, FOTO

1234 09.01.2024 10:07 Dünya A A

Acun Ilıcalının təşkilatçılığı ilə Dominikanda keçirilən "Survivor" yarışmasında şok yaşanıb.

Musavat.com xəbər verir ki, Dominikanda keçirilən "Survivor" yarışmasına polis basqın edib.

Acun Ilıcalı sözügedən hadisə ilə bağlı açıqlama verib. O, yarışma tarixində ilk dəfə belə bir hadisənin yaşandığını bildirib.

"Bu yaşa gəlmişən, belə bir şey görməmişəm. Mənə zəng edib dedilər ki, Dominikan polisi əməliyyat keçirib və adamlarımızı aparıb", - deyə Acun Ilıcalı bildirib.

Yarışma iştirakçılarından biri Seda Aktuğlu Kolumbiyada bir qadından atasına mesaj göndərmək üçün telefonunu istəyib. Həmin qadın da Sedanın qaçırıldığını düşünərək hər iki ölkənin polisini hərəkətə keçirib.

Acun Ilıcalı həmin iştirakçını iki ölkənin də polisini boş yerə narahat etdiyi üçün oyun ərəfəsində cəzalandırıb. Belə ki, Seda Aktuğlu növbəti oyunlarda 5 mükafatdan yararlana bilməyəcək.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR