İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin nəzərinə - Elektron qaydada 100 manat cərimələnə bilərsiniz...

2301 10.07.2024 17:43 Ölkə A A

Xəbər verdiyimiz kimi, avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görüləcək. Belə ki, avtobuslarda quraşdırılan xüsusi kameralar vasitəsilə zolaqda qaydalardan kənar hərəkət edən nəqliyyat vasitələrinə nəzarət ediləcək.

Musavat.com xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında prosesin detallarını açıqlayıb.

O qeyd edib ki, Daxili İşlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bunun əsas hədəfi avtobus zolaqlarına digər avtomobillərin qanunsuz daxil olmasının qarşısını almaqdır.

"Söhbət bu qayda pozuntusuna yol verən sürücülərin qeydə alınması və onların barəsində cərimənin tətbiq edilməsindən gedəcək. Bunun hüquqi əsası da hazırlanır. Təxminən 1 ay əvvəl İXM-ə və "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edilməsi ilə bağlı layihə barədə məlumat vermişdik. Həmin layihə avtobusda quraşdırılan kamera vasitəsilə qayda pozuntusunu aşkar etmək və elektron qərarla rəsmiləşdirmək məsələsini də hüquqi olaraq tənzimləməyə yönəlib.

Layihədə İXM-in 81-ci, 122-ci və bəzi başqa maddələrinə edilən dəyişikliklərdə təkcə DYP-nin mərkəzi informasiya sisteminə deyil, həm də AYNA-nın (və ya RİNN-in) informasiya sisteminə inteqrasiya edilmiş kameralarla qayda pozulmasını qeydə alaraq elektron qərar tərtib etməyin mümkünlüyü əksini tapıb. Ona görə də bu layihə qüvvəyə mindikdən sonra DYP AYNA-ya aid olan və onun informasiya sisteminə inteqrasiya edilən kameralarla (o cümlədən avtobuslardakı inteqrasiya edilmiş kameralarla) avtobus zolağına daxil olaraq orada hərəkət edən sürücüləri elektron qərarla cərimələyə biləcək.

Sözügedən qanun layihəsi Milli Məclisdə təsdiq edilib və yəqin ki, yaxın bir ay ərzində imzalanaraq qüvvəyə minəcək", - ekspert bildirib.

Qeyd edək ki, həmin layihədə avtobus zolağında qaydalardan kənar hərəkətə və həmin zolaqda dayanmaya görə cərimə 100 manat olacaq və bunları edən sürücünün hesabına 2 cərimə balı da yazılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR