İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücü sükanda öldü – idarəetmədən çıxan TIR-ı polis dayandırdı - VİDEO

1391 10.12.2025 21:08 Dünya A A

Musavat.com xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən dəhşətli hadisə təhlükəsizlik kameralarına düşüb. Şəhər yollarından birində hərəkətdə olan iri yük TIR-ının sürücüsü qəfil sükan arxasında huşunu itirib. Hadisə nəticəsində sürücü ölüb.

TRT Haber-in yaydığı görüntülərdən görünür ki, sürücünün idarəetməni itirməsi ilə yük maşını nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi geniş yolayrıcında nəzarətsiz şəkildə irəliləməyə başlayıb. TIR qarşısına çıxan nəqliyyat vasitələrini və piyadaları təhlükə altına salıb.

Məlumata görə, polis qısa zamanda vəziyyəti nəzarətə almağa çalışıb. Yol hərəkəti patrul xidməti əməkdaşları riskə baxmayaraq TIR-a yaxınlaşıb və onun hərəkətini dayandırmağı bacarıb. Bu addım daha böyük faciənin və mümkün toqquşmaların qarşısını alıb. 

Hadisənin dəqiq səbəbi araşdırılır. İlkin ehtimala görə, sürücünün səhhəti qəfil pisləşib və o, sükan arxasında dünyasını dəyişib.

Moskva Yol Polisi sürücülərə uzun məsafəli səfərlər zamanı istirahət intervallarına riayət etməyi, sağlamlıq şikayətləri olduqda isə hərəkəti dayandırmağı tövsiyə edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR