İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücü sükan arxasında yuxuladı: qəza baş verdi - VİDEO

784 30.07.2025 20:17 Hadisə A A

İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci kilometrliyində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, ilkin araşdırmalar və sürücünün verdiyi məlumatlar əsasında müəyyən edilib ki, "Mercedes" markalı, "77-DH-906" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən H.Nəbiyev sükan arxasında yuxulaması səbəbindən idarəetməni itirərək avtomobili beton arakəsməyə çırpıb.

Bildirilib ki, baş vermiş bu qəza nəticəsində ölüm halının olmaması tamamilə təsadüfdür.

"Çünki belə qəzaların böyük əksəriyyəti bir çox hallarda ölüm və ya ağır xəsarətlə nəticələnir. Unutmaq olmaz ki, yol belə səhvləri bağışlamır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, uzunmüddətli fasiləsiz hərəkət və yuxululuq halları sükan arxasında həyati təhlükə yaradır.

Unutmayın: sükan arxasında bir anlıq yuxu geri dönüşü olmayan nəticələrə səbəb ola bilər", - deyə məlumatda qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR