İnsanlara hürriyət, millətlərə istiqlal!

Suqovuşanda yanğın oldu - VİDEO

554 05.08.2022 11:16 Hadisə A A

Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın olub.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəsəbəs ərazisində yanğın baş verməsi barədə FHN-ə daxil olan məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub.

Yanğın Nazirliyin qüvvələri tərəfindən operativ və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində quru ot və kol-kos sahəsi yanıb.

Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR