İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda itkin düşən 23 yaşlı qız tapıldı - FOTO

913 06.05.2023 20:01 Hadisə A A

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan, mayın 2-də itkin düşən 23 yaşlı Fidan Yusubova artıq tapılıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.

***

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun boyu təxminən 1 metr 60 sm-dir. Orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, sarı saçlı, gözlərinin rəngi yaşıldır.

Evdən çıxarkən əynində boz rəngli gödəkçə, qara rəngli cins şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi”nə, həmçinin Pirallahı Rayon Polis İdarəsinə (012) 457-02-02 şəhər və (050) 670-08-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

qiz.jpg (22 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR