İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda avtoxuliqanlıq edib yarış təşkil etdilər: Onlara hansı cəza verildi?

445 15.07.2022 15:07 Hadisə A A

Sumqayıt şəhərində yol hərəkətini davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həmin sürücülər - İsmayıl Musabəyli və Azər Kərimov müəyyən edilərək tutulublar.

Hər iki sürücü şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər. Onların bu kobud qayda pozuntuları və digər sürücüləri təhlükə altına qoymaları təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.

Digər sürücülər, eləcə də şəhər sakinlərindən daxil olan çoxsaylı şikayətlər nəticəsində saxlanılan İsmayıl Musabəyli, həmçinin Azər Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 30 gün inzibati qaydada həbs olunublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR