İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılardan təxribat: postların sayını artırdılar - CANLI

1014 08.04.2022 15:22 Gündəm A A

Brüssel görüşündən sonra Ermənistanda hakimiyyətə qarşı etirazlar genişlənir. Erməni millətçilər baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi olaraq tanımağa hazırlaşdığını iddia edirlər. 

Aparılan kampaniya çərçivəsində Ermənistanın müxtəlif yerlərində qaldırılan Qarabağdakı separatçı-terrorçuların qondarma “bayrağı” ermənilərin özləri tərəfindən cırılıb.

Erməni ekspert Narek Samsonyan bildirir ki, İrəvandakı “Fransa meydanı”nda qaldırılan separatçıların əski parçası “Sasna Srer” qruplaşmasının üzvləri tərəfindən ləkələnərək, təhriq olunub.

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş xəritələrdən belə məlum olub ki, sülhməramlıların müşahidə post və məntəqələrinin sayı artırılıb. Bu, 10 noyabr 2020-ci ildən bəri ilk dəfə olaraq atılan addımdır. Ekspertlərin sözlərinə görə, ordumuzun Fərruxu nəzarətinə götürməsindən sonra sülhməramlı kontingent özbaşınalıq etməyə başlayıb.

TVMusavat-ın canlı yayınında aparıcı Emil Salamoğlunun moderatorluğu ilə siyasi şərhçilər - Əhəd Məmmədli və Elçin Xalidbəyli gündəmi müzakirə edirlər.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR