İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişi ilə bağlı RƏSMİ AÇIQLAMA: “Həmin gün yaxındır, lakin Ermənistan...”

2634 28.12.2023 14:52 Siyasət A A

Azərbaycan rəsmiləri bildirirlər ki, Bakı onilliklərlə davam edən münaqişəyə son qoymaq üçün Ermənistanla sülh sazişinə yaxınlaşa bilər.

Musavat.com xəbər verir ki, bu fikirlər "The Guardian" nəşrində dərc olunan "Rəsmilər bildirir ki, Azərbaycan Ermənistanla sülh razılaşmasına yaxındır" sərlövhəli məqalədə öz əksini tapıb.

"Həlledici hərbi irəliləyiş qarşısında 1990-cı illərdəki müharibədən sonra Ermənistanın dəstəyi ilə etnik erməni qüvvələrinin nəzarəti altında olan Cənubi Qafqaz anklavını 100 mindən çox insan tərk edib. Güc nümayişi regionu böyük ölçüdə boş qoydu və Ermənistanın baş naziri Nikol Paşinyanın irəliləyişin etnik təmizləmə aktı olduğunu iddia etməsinə səbəb oldu, Azərbaycan bunu təkzib etdi (Azərbaycan mülki əhaliyə qarşı heç vaxt güc nümayiş etdirməyib. Onların Azərbaycan qanunları çərçivəsində bölgədə qalması üçün hər bir şərait yaradılıb. Lakin ermənilər könüllü olaraq, heç bir zor görmədən Qarabağı tərk edib - red.) Bunun ardınca iki ölkə münasibətləri sabitləşdirmək və bir-birinin sərhədlərini tanımaq üçün sülh sazişi üzrə danışıqları sürətləndirdi. Xoş niyyət əlaməti olaraq, hər iki tərəf dekabrın 13-də hərbi əsirləri dəyişdirdi və üçüncü tərəfin vasitəçiliyi olmayan ilk bəyanatlardan birini verdi. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da Sankt-Peterburqda Paşinyanla ikitərəfli danışıqlar aparmaq üçün görüşüb. Hazırda iki tərəf arasında potensial olaraq nisbətən qısamüddətli sülh sazişinin yeddi layihəsi barədə fikir mübadiləsi gedir" - "The Guardian" yazıb.

642581 (1).jpg (383 KB)

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir: "Başa düşmək vacibdir ki, danışıqların bu kritik mərhələsində, yekun razılaşmadan çox da uzaq olmayanda bizə nəticəyönümlü icraat lazımdır".

Elçin Əmirbəyov "The Guardian"a açıqlamasında qeyd edib ki, sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması vacibdir: "Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasının bütün faydalarını özü üçün dərk etməli, eləcə də, sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün hiylələrdən imtina etməlidir. Sərhədlərin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəbliyi və vaxt aparması nəzərə alınaraq sonrakı mərhələdə həll oluna bilər".

5568.jpg (36 KB)

Prezidentin xüsusi nümayəndəsi tərəflər arasında mübahisələrin həlli mexanizmindən də danışıb. O bildirib ki, rəsmi Bakı bu məsələdə heç bir kənar müdaxilə olmadan ikitərəfli Ermənistan-Azərbaycan Komissiyasının yaradılması ideyasına üstünlük verir: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə birləşdirən Orta Dəhliz üçün alternativ marşrutun yaradılması kontekstində deyil, həm də öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir”.

E.Əmirbəyovun sözlərinə görə, gedən proseslər onu göstərir ki, Bakı üç ildir Ermənistandan aydın cavab gözləyir və daha çox vaxt itirmək fikrində deyil: “Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında öz faydasını başa düşə bilmirsə və hələ də Azərbaycanın ona qarşı guya gözlənilən təcavüzünün olması barədə absurd rəvayətləri yaymaqda davam edib regional dalana dirənmək niyyətindədirsə, Azərbaycan artıq konkret fəaliyyətə keçib və qonşu İran ərazisindən yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verməklə “B planı”nı həyata keçirməyə başlayıb”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR